...

Elmira Şabanova yeni rollarda

Cəmiyyət Materials 6 İyun 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /müx. "TrendLife" Günel Əhmədova/ "Mosfilm" kinostudiyası Quba rayonunun Xınalıq kəndində yeni teleserial çəkilişlərinə başlamağı planlaşdırır. Həmin serialda rola dəvət olunan Elmira Şabanova "TrendLife"a bildirdi ki, film "Silah" adlanır. Filmdə Yaxın Şərqdə yaşayan insanların həyatından bəhs olunur. Əsas rollarda Rusiya aktyorları və Azərbaycan aktyorları Yaşar Nuri, Hacı İsmayılov çəkiləcək. Aktrisa həmçinin qeyd etdi ki, serial əvvəl Rusiya telekanalında, sonra isə Azərbaycanda yayımlanacaq. Şabanovanın gələcəkdə İran kinematoqrafçıları ilə də işbirliyi gözlənilir. Belə ki, aktrisa iranlılarla da əməkdaşlıq edəcək. Yeni İran teleserialında o, baş rolu ifa edəcək. Filmin adı isə hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti