...

Bələdiyyə Teatrı qastrol səfərinə yollanır

Cəmiyyət Materials 7 İyun 2007 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bu gündən etibarən Bakı Bələdiyyə Teatrı Azərbaycanın cənub rayonlarında çıxışlara başlayır. Bu haqda "TrendLife"a teatrın rəhbəri Amaliya Pənahova məlumat verib: "Biz qastrol səfərimizi Qurtuluş Gününə həsr edirik. İki tamaşa ilə: "Müsyo Jordan və Məstəli Şah" və "Türksəncani" ilə çıxış edəcəyik. Onu da deyim ki, bu iki tamaşa hər gün göstəriləcək. Birinci tamaşamız Biləsuvarda, sonra Cəlilabadda, Masallıda, Lənkəranda, Astarada, Lerikdə, Yardımlıda göstərəcəyik. Biz nəinki mədəniyyət sarayında, həmçinin hərbi hissələrdə də tamaşa ilə çıxış edəcəyik. Təbii ki, əgər o rayonlarda hərbi hissələr varsa".

Xəbər lenti

Xəbər lenti