...

Vətənə xəyanətdə təqsirləndirilən əsgərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 8 İyun 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə vətənə xəyanətdə ittiham olunan Eldəniz Nuriyevin işi üzrə hazırlıq iclası keçirilib. İş üzrə məhkəmə baxışının iyunun 14-də başlaması barədə qərar qəbul olunub. Məhkəmənin qərarına əsasən proses qapalı keçiriləcək.

Məhkəmədən Trend ə bildirilib ki, Eldəniz Nuriyev döyüş növbəsini pozma, fərarilik və dövlətə xəyanətdə ittiham olunur. Ötən ilin iyulunda Ağsu rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılan Nuriyev 5 ay sonra Füzuli rayonunda xidmət etdiyi N saylı hərbi hissəni özbaşına tərk edib və düşmən tərəfə keçib. İttiham aktına görə, döyüş şəraitində olan hərbi hissəni tərk edən əsgər Azərbaycana qarşı düşmənçilik fəaliyyəti apararaq hərbi sahədə dövlət sirrinə aid olan məlumatları qarşı tərəfə ötürüb.

Xəbər lenti

Xəbər lenti