...

ATAF-ın Strasburq şöbəsi Avropada yay forumu keçirəcək

Cəmiyyət Materials 8 İyun 2007 12:55 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/Mərkəzi Brüsseldə yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq filialı iyul ayında Avropada Azərbaycanlı Tələbələrin ilk Yay Forumunu təşkil edəcək. Iyulun 4-11 tarixləri arasında keçiriləcək forumda müzakirə ediləcək əsas mövzular Azərbaycanın Avropada lobbiçiliyinin gücləndirilməsi, lobbiçiliyin gücləndirilməsində müasir kütləvi informasiya vasitələrindən istifadə, lobbiçiliyin inkişafında gənclərin rolu və s. olacaq.

Almaniyanın Löffingen qəsəbəsində keçiriləcək forumda Avropanın Fransa, Almaniya, Belçika, İngiltərə, Danimarka kimi müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələr iştirak edəcək.

Bir həftəlik forum ərzində, Avropa Şurasında çalışan bir neçə diplomat və rəsmi nümayəndə lobbiçiliklə bağlı məruzə edəcək. Azərbaycanın Avropa Şurası yanındaki daimi nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keciriləcək forumda müxtəlif qeyri-hökumət təşkilatlarının da nümayəndələri iştirak edəcək.

Bu arada Azəraycanın AŞ yanındaki daimi nümayəndəliyinin binasında səfir Arif Məmmədovla ATAF-ın Strasburq filialı və beynəlxalq gənclər təşkilatı olan COJEP-in təmsilçiləri ilə görüş keçirilib. Görüşdə keçiriləcək yay forumu ilə bağlı texniki məsələlər müzakirə olunub. Təxminən iki saat davam edən görüş zamanı COJEP təşkilatı ilə gələcək beynəlxalq layihələrdə birgə fəaliyyətlə bağlı müzakirə aparılıb.

Xəbər lenti

Xəbər lenti