...

Alpinist İsrafil Aşurlu Şimal qütbünə səfəri istisna etmir

Cəmiyyət Materials 9 İyun 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı alpinist İsrafil Aşurlu perspektiv imkanlarda Şimal qütbünə səfəri istisna etmir.

İdmançı bildirib ki, bir müddət öncə beynəlmiləl ekspedisiyanın tərkibində Everestə getdiyi kimi, bu cür uzun səfər hələ layihə olaraq qalır. "2008-ci il üçün öz planlarımı hələ müəyyənləşdirməmişəm. Şimal qütbü ilə bağlı uzaq Okeaniyada İrian Caya pikinə (Karstenza piramidası) səfər variantı var",-deyə Aşurlu qeyd edib.

Bununla yanaşı alpinist artıq "Yeddi zirvə" layihəsini başa vurub və artıq növbəti il üçün öz planlarını qurur. Bu planlar sırasına Azərbaycanlı alpinistlərdən ibarət komanda ilə Qələbə zirvəsinə səfər var. Növbəti səfər Azərbaycan Demokratik Respublikasının yaradılmasının səksən illiyinə həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti