...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsində iştirak etməyən vəkillər barəsində qərar çıxarılıb

Cəmiyyət Materials 11 İyun 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev və daha 17 şəxsin məhkəmə prosesində iştirak etməyən vəkillər barəsində iclasın hakimi Vəkillər Kollegiyasına qərar göndərib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə bazar ertəsi davam etdirilən məhkəmə iclasında iştirak etməli olan 25-ə qədər vəkildən yalnız 5-6 vəkil olub. Hakim Paşayev iclasda iştirak etməyən vəkillərin barəsində tədbir görülməsi üçün müvafiq qərar çıxarıb və Vəkillər Kollegiyasına göndərib.

Vəkillər Kollegiyasından məhkəmə prosesində üzürsüz səbəblərdən iştirak etməyən vəkillər barəsində ölçü götürülməsi tələb olunur.

Hakim Paşayevin bu qərarından sonra iclasda yenidən fasilə elan olunub.

Xəbər lenti

Xəbər lenti