...

Naxçıvanda vəkillərin sayı artıb

Cəmiyyət Materials 11 İyun 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Naxçıvanda vəkillərin sayı artıb. Vəkillər Kollegiyasından bazar ertəsi Trend ə verilən məlumata görə, vəkil olmaq üçün imtahan vermiş və müvəffəqiyyət qazanmış 7 nəfər hüquqşünas Kollegiyanın Rəyasət Heyətinin iclasında and içərək vəkil kimi fəaliyyətə başlayıblar. Həmin vəkillər Naxçıvan Muxtar Respublikasının hüquq məsləhətxanasında işə başlayacaqlar. Hazırda həmin məsləhətxanada 10 vəkil işləyir.

Respublikanın digər regionları üzrə vəkillərin Kollegiyaya qəbulu namizədlərlə müsahibə yekunlaşandan sonra həyata keçiriləcək.

İmtahanlarda uğur qazanmış 100-dən artıq hüquqşünas müsahibədən keçərək Kollegiya üzvlüyünə təqdim olunublar.

Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahan vermiş 441 namizəddən 299-u 50 və daha artıq bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.

Müsahibə Komissiyası 11 nəfərdən təşkil olunub. Komissiya üzvlərinin 5-i vəkillərdən, 3-ü alimlərdən, 3-ü isə hakimlərdən ibarətdir.

Azərbaycan Vəlillər Kollegiyasının 540 üzvü var. Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Xəbər lenti

Xəbər lenti