...

DAK sədri dünya azərbaycanlılarına müraciət edib

Cəmiyyət Materials 13 İyun 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresi (DAK) özünün doqquzuncu qurultayı ilə bağlı dunyada yaşayan azərbaycanlılara, Azərbaycan naminə fəaliyyət göstərən ictimai, siyasi təşkilatlara, alimlərə, ziyalılara, sənət adamlarına müraciət edib. Müraciətdə Azərbaycanın fəal insanları DAK-ın iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçiriləcək qurultayına dəvət edilir. Bu barədə DAK sədri Cavad Derəxti məlumat verib.

"DAK təşkilatı azərbaycanlıların vahid bir milli kimliyə yiyələnməsi, millət kimi öz müqəddəratını özünün təyin etməsi və inkişafı uğrunda mübarizə apardığı üçün dinindən, məzhəbindən, etnik mənşəyindən, siyasi əqidəsindən, partiya mənsubiyyətindən, sosial-iqtisadi durumundan asılı olmayaraq, bütün Azərbaycansevər insanların DAK-ın qurultayında fəal iştirakını vacib hesab edir. Sizləri Kölndə keçiriləcək DAK-ın 9-cu qurultayına dəvət edir, millətimizin problemlərini birlikdə müzakirə etməyə, bu problemlərdən cıxış yollarını birgə axtarmağa çağırıram" - deyə Derəxti müraciətində bildirib.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat Azərbaycanda və dünyada yaşayan 50 milyonluq azərbaycanlının milli və insani haqlarının qorunması, həmçinin Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan müstəqil beynəlxalq təşkilatdır.

Xəbər lenti

Xəbər lenti