...

Ədliyyə orqanlarına işə qəbulla bağlı müsabiqəyə yekun vurulub

Cəmiyyət Materials 14 İyun 2007 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ədliyyə orqanlarına işə qəbulla bağlı müsabiqəyə yekun vurulub. Ədliyyə Nazirliyindən bildirilib ki, müsabiqənin nəticələrinə görə 67 namizəd müvəffəqiyyət qazanaraq ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün tövsiyə ediliblər.

Müsabiqə Komissiyası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə sənədlərini təqdim etmiş 258 hüquqşünasla test imtahanı keçirib və 129 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə, söhbətə buraxılıb.

Namizədlərin ədliyyə orqanlarında işləmək üçün zəruri peşə biliyinə və mənəvi keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədilə Müsabiqə Komissiyası onlarla fərdi qaydada söhbət aparıb.

Xəbər lenti

Xəbər lenti