Azərbaycan, Bakı, 14 iyun /müx.TrendLife Eldar Hüseynzadə/İyunun 20-də Rəşid Behbudov adına Mahnı Teatrında məhşur bəstəkar Murad Kajlayevanın yaradıcılıq gecəsi keçiriləcək. Bu haqda TrendLife-a Mədəniyyət və turiz nazirliyinin mətbuat katibi İntiqam Hümbətov xəbər verib.
SSRİ-nin xalq artsti Murad Kajlayev Dağıstan filarmoniyasının bədii rəhbəri olub. 1963-cü ildə Dağıstan MSSR Bəstəkarlar İttifaqının rəhbəri vəzifəsində çalışıb. 19990-cı ildə isə Y. V.Silantyeva adına radio və televiziya estrada orkestrinin rəhbəri olub. Kajlayev 40-dan çox filmə musiqi yazıb. Onun yaradığılığı çox vaxt Azərbaycanla əlaqədar olub. O, musiqi təhsilini Bakıda alıb. Onun ilk simfonik əsəri filarmoniyada səslənib. Murad haqqında çox danışmaq olar. Ən yaxşısı ona qulaq asmaqdır. Bunun üçün onun konsertinə getmək lazımdır.