...

Aktyor Bəhram Bağırzadə: "Futbol üzrə Milli yığmamızın azarkeşlərinə müraciət etmək istəyirəm"

Cəmiyyət Materials 18 İyun 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Bəhram Bağırzadə ən ünlü azarkeşlərdən biridir. O çalışacaq ki, milli yığmamızın bütün oyunlarını izləyəsin. Məhz buna görə də TrendLife "Azərbaycan-Ermənistan oyununun harda keçirilməsi daha yaxşı olardı?" sualı ilə Bəhrama müraciət etdi.

"Ən yaxşı bu olardı ki, Azərbaycan öz oyununu Bakıda, Ermənistan isə Yerevanda oynasın. Bu ancaq onda ola bilər ki, biz zəbt olunmuş torpaqlarımızı geri qaytaraq. Həmçinin Ermənistan ərazisində olan Zəngəzuru. Çünki vaxtilə o da Azərbaycanın tərkibində olub. Biz Qarabağ ilə məsələmizi həll edək, sonra istəyirlər Bakıda, ya da Yerevanda oynasınlar. Hazırkı vəziyyətdə isə mən istərdim ki, hökuiət azarkeşləri də biletlə, yeməklə təmin etsin. Belə ki, səyahət olacaq. Həmişəki kimi, bizdə səkkiz yüz, lap olsun səkkiz min azarkeş. Allah imkan versə, yaxud sponsorluq edən olsa, mən yığmamızın bütün oyunlarında böyük məmnuniyyətlə iştirak edəcəyəm. Həmçinin mən üzümü azarkeşlərimizə tutub deyirəm ki, özlərini səliqəli aparsınlar, heç bir təxribata yol verməsinlər. Əks halda yenidən Milli yığmamızı UEFA-da və FİFA-da biabır edərlər. Bizim fanatlar yüz səksən dəqiqəni özlərini saxlasınlar. Futbolçularımız isə valideynlərini sevirlərsə, nəyə qadir olduqlarını göstərməlidirlər. Əgər onlar doğurdan da valideynlərini sevir və ya hörmət edirlərsə, heç olmasa, uduzmasınlar"-deyə Bağırzadə qeyd etdi.

Xəbər lenti

Xəbər lenti