Azərbaycan, Bakı, 21 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ İndi çoxları danışır ki, bütün dünyada məşhur olan televiziya kinosu üzərində işləmək lazımdır. Bəs böyük kinematoqrafiya? Bu sualı "TrendLife" kinoprodüsser Murad Dadaşova verdi. Cavab isə belə oldu: "Mən hələ ki maddi gəliri görmürəm. Bizdə xəzinə yoxdur. Kino çəkilişləri ilə pul qazanmaq çox çətindir. Mənim şirkətim müxtəlif layihələrlə Azərbaycan teleməkanında fərqlənir. Bundan əlavə, mən hesab edirəm ki, kino sahəsində asta-asta, lakin doğru addımlayıram".
Biz tanınmış "Əli və Nino" romanının film çəkilişləri ilə məşğul olardınızmı" sualı ilə ona müraciət edəndə isə Dadaşovun cavabı belə oldu: "Əli və Nino" indi çox dəbdə olan mövzudur. Mən dəb dalınca qaçmıram. Mənim fikrimcə, Azərbaycanda yaxşı əsərlər var. Onlar heç də həmin romandan geri qalmır".