Azərbaycan, Bakı, 21 iyun /müx.TrendLife Vüqar İmanov/Azərbaycanın müasir şou-biznesi deyəndə nə nəzərdə tutulur? Yəqin ki, hamı o dəqiqə bir cavab verəcək. Qiybət, dava-dalaş. Əsas problem isə odur ki, indi şou-biznesdə elə adamlar əmələ gəlib ki, səhnənin nə olduğunu bilmirlər. Yeni əmələ gələn prodüsserlər ancaq gözəl qızları və oğlanları seçirlər. Onları gözəl geyindirirlər, sonra da soyundurub fonoqramma altında oxutdururlar. Müğənnilər buna vərdiş edirlər. Hər şeyi pul həll edir. Nəinki pul, onun kəmiyyəti. Bəs talant, ustadlıq? Bunlar hamısı hara getdi? Bunlar haqda TrendLife İlqar Sail danışır:
- Siz tanınmış Bakı folklor mahnılarının ifaçısısınız. Lakin müasir estarada bu folkloru sıxışdırır?
- Mən sizinlə razı deyiləm. Bakı folkloru Azərbaycanın müasir klassik musiqisinin bir qoludur. O, heç də ikinci planda deyil. Sadəcə indi insanlarda köhnə mahnılara maraq artıb. Müğənnilər əvvəlki kimi həmin mahnıları remiks edib yazdırır.
- Təəssüf ki, son vaxtlar toylarda oxuyan ifaçıları "bozbaş" adlandırırlar...
- O müğənni ki, toylarda oxuyur, böyük məktəb keçir. Onları bozbaş adlandırmaq olmaz. Axı hamı bir neçə saat canlı oxuya bilməz. Nəinki öz mahnılarımızı, hətta xarici mahnıları. Bunun üçün həm təcrübə, həm də profesionallıq lazımdır.
- Sizin bəzi həmkarlarınız özlərini "A", "B", "C" kateqoriiyasına bölürlər...
- Əlbəttə ki, bu, neqatiiv haldır. Bu, müğənnilərin təkkərbürlüyündən irəli gəlir. İfaçı özünü tərifləməməlidir.
- Bu gün şou-biznes sizi qane edirmi?
- O, ancaq qiybət və dava-dalaş səviyyəsindədir. Gərək bu sahəyə diqqətlə yanaşasan. Müğənnilərlə işləmək, əsl profesionalları cəlb etmək lazımdır.
- Siz çoxdan bəri teleekranlarda görünmürsünüz...
- (Gülür) Söz verirəm yay istirahət sezonundan sonra yenidən şou-biznes məkanına qayıdacam.
- Pul və şou-biznes ayrılmazdır...
- Pul yalnız reklam üçün lazımdır. Bununla yanaşı, bilirsiniz ki, çoxlu madd imkan da çox vaxt müğənninin "raskrutkasına" kömək etmir. Əsl müğənni tamaşaçının məhəbbətini öz yaradıcılığı ilə qazanır.