...

Bülbülün 110 illik yubileyi qeyd olundu

Cəmiyyət Materials 22 İyun 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Bu gün Bakıda Azərbaycanın görkəmli mədəniyyət nümayəndəsi Bülbülün 110 illiyinə həsr edilən tədbir keçirildi. TrendLife-ın verdiyi məlumata görə, bu gün səhər mədəniyyət xadimlərindən ibarət böyük bir nümayəndə heyəti Bülbülün məzarını ziyarət edib.

Azərbaycanın Rusya Federasiyasındakı səfiri Polad Bülbüloğlu tədbirlə əlaqədar Bakıya gəlimişdi. Daha sonra anma mərasimi Bülbül fondunda keçirildi. Orda həmçinin mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Prezident Aparatının humanitar şöbəsinin müdiri Fatma Abdullazadə, şeyxülislam Allhşükür Paşazadə, filarmoniyanın direktoru Murad Adıgözəlov, bəstəkar Sərdar Fərəcov, Opera və Balet teatrının direktoru Arif Məlikov və başqaları iştirak edirdilər.

Onu da qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu il Bülbülün 110 illik yukbileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti