...

Azərbaycan yığması sentyabrda yoldaşlıq görüşlərində qüvvəsini sınamaq niyyətindədir

Cəmiyyət Materials 25 İyun 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığması Ermənistanla nəzərdə tutulan matçların tarixini yoldaşlıq görüşlərin keçirilməsi üçün istifadə etmək niyyətindədir.

Seçmə oyunları sentyabrda baş tutmalı idi. Lakin UEFA-nın qərarından sonra yığmamızın əlavə vaxtı yarandı. Onu da demək lazımdır ki, sparrinq-tərəfdaş tapmaq çətin olacaq. Çünki bir çox Avropa yığmaları seçmə oyunlarda iştirak edəcəklər. Ona görə də istisna deyil ki, Şahin Diniyevin yetirmələri Asiya yığmalarının biri ilə qarşılaşsınlar.

Ermənilərlə oyunlar təxirə salındığı üçün yığmamız növbəti seçmə oynunu oktyabrda keçirəcək.

Xəbər lenti

Xəbər lenti