Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın boks üzrə yığması Ukraynaya yollanıb. Komandamız burada təlim-məşq toplanışını keçirəcək. Məqsəd Çikaqodakı dünya çempionatına hazırlaşmaqdır.
Komandanın heyətinə Ceyhun Əbiyev ( 48 kq), Samir Məmmədov ( 51 kq), Elşən İsmayılov ( 54 kq), Şahin İmranov ( 57 kq), Romal Amanov ( 60 kq), Emil Məhərrəmov və Fərhad Acalov (hər ikisi 64 kq), Ruslan Xairov ( 69 kq), Rahib Bəylərov ( 75 kq), Cavid Tağıyev ( 81 kq), Elçin Əlizadə ( 91 kq) və Vüqar Babayev (+ 91 kq) daxil olublar. Məşqlər zamanı boksçularımız yerli idmançılarla sparrinq döyüşlər keçirəcəklər, sonra isə Kiyevdə keçiriləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Baş məşqçi Məmməd Eyvazovun sözlərinə görə, Ukraynaya səfər boksçuların imkanlarını yoxlamaq və yığmanın əsasını müəyyənləşdirmək üçün yaxşı fürsətdir.