...

"KVN"-çi Azər Məmmədzadə: "Bakılı oğlanlar" səhnəyə qayıda bilər

Cəmiyyət Materials 27 İyun 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Hazırda "Bakılı oğlanlar" komandasının üzvlərinin hər biri öz layihəsi ilə məşğul olur. Ancaq Azər Məmmədzadə çox az-az görünür. Yoxsa o, bir dəfəlik səhnəni tərk edib?

Öz gələcək planları barədə Azər TrendLife-a görün nələr danışdı: "Əlbəttə, yeni fikirlər var. Bəzi layihələr həll olunmaq üzrədir. Danışıqlar gedir. Hətta "Bir dəfə Qafqazda" filminin davamı çəkilmək üzrədir. Mənim bütün layihələrim yumorla bağlıdır. Səhnədənkənar mənim daimi iş yerim var. Komandada olduğum vaxtlarda da işləmişəm. Bir iş o birisinə mane olmur. Əsas odur ki, insanda yaradıcılıq potensialı olsun. Deməli, hər şey qabaqdadır".

"Bakılı oğlanlar" bir daha səhnəyə qayıdacaqmı" - sualına Məmmədzadənin cavabı belə oldu: "Hər şey ola bilər. Hazırda isə gərgin iş rejimimizə görə bunu edə bilmirik. Gözlənilməz hadisələr hər zaman baş verə bilər".

Xəbər lenti

Xəbər lenti