...

Bələdiyyə Teatrı qastrol səfərindən qayıdıb

Cəmiyyət Materials 28 İyun 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /müx. "TrendLife" Vüqar Vüqarlı/ Bu günlərdə Bələdiyyə Teatrının ölkənin cənub bölgəsinə qastrol səfərləri başa çatıb. Teatrın direktoru, bədii rəhbəri, xalq artisti Amaliya Pənəhovanın "TrendLife"a verdiyi məlumata görə, qastrol səfərləri çox uğurlu alınıb. Amaliya xanım bizə bunları bildirdi: "Biz Biləsuvarda, Lerikdə, Masallıda, Cəlilabadda, Astarada, Lənkəranda tamaşalarla çıxış etdik. Bundan əlavə, biz cənub bölgəsində yerləşən hərbi hissələrdəki əsgərlərimizi də diqqətdən kənar qoymadıq". Onu da qeyd edək ki, Bələdiyyə Teatrının repertuarında iki tamaşa - "Türk sancağı", "Misyo Jordan və Dərviş Məstəli Şah" tamaşaları var idi.

Xəbər lenti

Xəbər lenti