...

"Müxalifət" qəzetinin baş redaktoru və əməkdaşı barəsindəki apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 29 İyun 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Müxalifət" qəzetinin baş redaktoru və əməkdaşı barəsindəki məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə cümə günü hazırlıq iclası keçirilib. Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda vəkilin təqsirləndirilənlər barəsindəki həbs qərarının dəyişdirilməsi barədə vəsatət təmin olunmayıb. Məhkəmədən Trend ə bildirilib ki, iş üzrə məhkəmə baxışı iyulun 4-nə təyin olunub.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y - Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

Xəbər lenti

Xəbər lenti