Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Belarus Konstitusiya Məhkəməsinin sədri Bakıya rəsmi səfər edəcək. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend ə bildirilib ki, iyulun 9-dan 12-dək davam edəcək səfər zamanı iki dövlətin Konstitusiya Məhkəmələri arasında konstitusiya ədalət mühakiməsi sahəsində ikitərəfli məhkəmə-hüquq əməkdaşlığını əhatə edən memorandum imzalanacaq.
Belarus Konstitusiya Məhkəməsinin sədri Qriqoriy Vasileviç səfər çərçivəsində azərbaycanlı həmkarı Fərhad Abdullayevlə, ədliyyə naziri Fikrət Məmmədovla, Ali Məhkəmənin sədri Ramiz Rzayev və baş prokuror Zakir Qaralovla görüşəcək.