...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi zərərçəkən şəxslərin ifadələri ilə davam etdirilir

Cəmiyyət Materials 5 İyul 2007 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsində şahidlərin dindirilməsinə başlanılıb.

Məhkəmə iclası başlayan kimi hakim Paşayev elan edib ki, 2004-cü ildə prezidentin fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə 700 zərərçəkən dindirilib və bununla da həmin epizod üzrə zərərçəkmişlərin dindirilməsi başa çatıb. Sonra həmin epizod üzrə əsasən Astara rayonundan olan şahidlər dindirilib.

Qeyd edək ki, bu şahidlər İqtisadi İnkişaf Nazirliyinin regionlarda özəlləşdirmə paylarının paylanması ilə məşğul olan əməkdaşlarıdır. Şahidlər ifadələrində göstəriblər ki, 2004-ci ilin avqust-noyabr aylarında əlil və veteranlara paylanmalı olan özəlləşdirmə paylarının əvəzinə onlara 20 min manat (AZM) verilməsi, əvəzində isə həmin özəlləşdirmə paylarının İqtisadi İnkişaf Nazirliyinə göndərilməsi barədə göstəriş verilib. Şahidlər onu da bildiriblər ki, bu göstəriş iqtisadi inkişaf naziri F.Əliyev tərəfindən gəlib, onlar da göstərişi icra ediblər.

Məhkəmə iclası şahidlərin ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti