...

Nazir: "Məktəblərdə zorakılıq faktları mövcuddur"

Cəmiyyət Materials 6 İyul 2007 12:55 (UTC +04:00)
Nazir: "Məktəblərdə zorakılıq faktları mövcuddur"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan məktəblərində zorakılıq faktları var və Təhsil Nazirliyi bunu inkar etmir. Bu bəyanatla cümə günü təhsil naziri Misir Mərdanov BMT-nin Baş Məclisinin "Uşaqlar üçün yararlı dünya" Qətnaməsinin 5 illiyinə həsr edilmiş Milli Konfransda çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan məktəblərində şagirdlərə qarşı zorakılıq halları minimuma endirilsə də, bunun qarşısı tam alınmayıb.

Nazir hesab edir ki, məktəblərdə zorakılıq hallarının qarşısının tam alınması üçün qanunvericiliyə bir sıra dəyişikliklər edilməlidir və zorakılıq anlayışının mahiyyətinin öyrədilməsi üçün valideynlər və müəllimlər arasında maarifləndirmə işi gücləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti