...

Teleaparıcı Firdovsi Atakişiyev: "Mütləq başqa televiziya standartlarına keçmək lazımdır"

Cəmiyyət Materials 16 İyul 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Yerli kanalların inkişafı sualı hələ də hər kəsi düşündürür. Çünki istər-istəməz Rusiya kanalları həmişə yüksək səviyyədə olub və olacaq. "TrendLife" bu barədə teleaparıcı Firdovsi Atakişiyevin fikrini öyrənmək istədi. "Birinci kanalın öz seyriciləri vardı. Bizim onlara çatmağımıza çox var. Hətta Avropanın bəzi kanalları belə Rusiyanın birinci kanalı kimi inkişaf etməyib. Bu kanal bir çox şirkətlərlə işləyir. Gərək biz də onlardan təcrübə götürək. Çünki tək bir televiziya bu boyda işin öhdəsindən gələ bilməz. Düşünürəm ki, Azərbaycan televiziyası artıq yeni standartlara keçməlidir. İndi çoxları yeni kanalların açılmasını istəyir. Həm də kanalların rus dilində olmasını arzulayırlar. Bu düzgündür. Heç olmasa belə kanal olmasa da, hər bir kanalda rus dilində bir veriliş olmalıdır" - deyə Firdovsi bildirdi.

Xəbər lenti

Xəbər lenti