...

Müğənni Faiq Ağayev: "Mən alçanı duza batırıb, dişlərim qamaşa-qamaşa yeyirəm"

Cəmiyyət Materials 16 İyul 2007 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /müx.TrendLife Əli Dərviş/Faiq Ağayev yaradıcılığını sevən hər bir kəs onun ənənəvi iş rejimi ilə tanışdır. "A" kateqoriyalı müğənnilərin, demək olar ki, yay tətili olmur. Müğənnin TrendLife-a verdiyi məlumata görə, həftəsonunu bağda, valideynlərinin yanında keçirməyi çox sevir. O, bağda alça ağaclarına da özü qulluq edir. Faiq Ağayevin bu ağaclara məhəbbəti o qədər çoxdur ki, ondan başqa heç kim alçanın dadına baxa bilməz. Ozünün bu meyvəyə məhəbbətini "paxıl" müğənni belə izah etdi: "Yayda ən çox sevdiym meyvələrdən biri alçadır. Onun hər iki üzünü duza batırıb yeməyi çox sevirəm. Bir oturuma bir qab alça yeyə bilərəm. Təəssüf ki, çox yemək mümkün deyil. Turşluqdan dişlər qamaşır. Şəxsən bu mənə xüsusi enerji verir. Düzdür, mən alçanı duza batırıb dişlərim qamaş-qamaşa yeyəndə ətrafdakıların tükləri biz-biz olur".

Xəbər lenti

Xəbər lenti