...

Səidə Dadaşova telekanallardan inciyib

Cəmiyyət Materials 17 İyul 2007 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul/müx. "TrendLife" Fəridə Məhərrəmqızı / Hamıya məlumdur ki, Azərbaycan şou-biznesində səsi, ifa tərzi, professionallığı ilə deyil, sponsorun pulu hesabına gündəmdə qalan, kliplərinin "raskrutka"sını həyata keçirən müğənnilər də çoxdur. Lakin isdedadı ilə deyil, özünüreklam hesabına sənət aləmində duruş gətirməyə çalışan belə müğənnilər uzun müddət xalqın yaddaşında qala bilmir.

Çoxdandar efirdə görünməyən müğənni Səidə Dadaşova özünü istedadsız sənətçilər kateqoriyasına aid etmir. "TrendLife"nin "Uzun müddətdir efirdə görünməməyinizin səbəbi nədir?" sualına müğənni belə aydınlıq gətirdi: "Mən il yarımdır ki, xarici ölkədən Azərbaycana qayıtmışam. Hazırda elə bir zamandır ki, güclü maliyyə dəstəyi olmadan şou-biznesin gündəmində qalmaq çətindir. Buna baxmayaraq, mən öz yaradıcılığımla məşğulam. Amma bəzi kanallardan incimişəm". Dadaşovanın sözlərinə görə, hazırda bütün telekanalların şou-proqramlarına çıxmaq üçün pul tələb olunur: "Telekanallara xəbər göndərmişəm ki, məni efirə çağırsanız da sağ olun, çağırmasanız da. Mən o müğənnilərdən deyiləm ki, pul ödəyib efirə çıxım. Çünki mən Rafael Dadaşov kimi sənətkarın qızıyam".

Xəbər lenti

Xəbər lenti