...

Müğənni Ruhəngiz Allahverdiyeva: "Qızılın parıltısı kompüterdəki antivirus proqramı kimidir, məni gözdən xilas edir"

Cəmiyyət Materials 17 İyul 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /müx.TrendLife Əli Dərviş/Səhnəmizin barbisi olan Ruhəngiz Allahverdiyevanın dediyinə görə, onu pis gözdən-nəzərdən qızıl xilas edir. Müğənninin TrendLife-a bildirdiyinə görə, nə qədər üstündə çox qızıl olsa, bir o qədər bədnəzərdən, pis gözdən xilas olur.

Müğənni deyir ki, "Məni tamaşaçılar, bal, enli paltarlarda, həmçinin bijuteriyalarda görməyə alışıblar. Hətta bəziləri bu bijuteriyaları brilyantlar, almazlarla müqayisə edirdilər. Bu da ona gətirib çıxardı ki, pis nəfsə gəldim. Belə hallarda özünü pis hiss etmirsən, sadəcə diskomfort hiss edirsən. Məhz buna görə də bir az dəyişiklik etdim. Bundan sonra hamı məni çoxlu qızılda görəcək. Qızılın parıltısı kompüterdə olan antivirus proqramı kimidir. İnsanı pis gözdən, nəfsdən qoruyur. Bu mənim üçün çox vacibdir. Yoxsa tez gözə gəlirəm" - deyə müğənni bildirdi.

Xəbər lenti

Xəbər lenti