Azərbaycan, Bakı, 18 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Azərbaycanda rokun vəziyyəti çox qəmlidir. Prinsipcə heç vaxt şən də olmayıb. Səviyyəli olan "Colddunya"dan başqa bizdə başqa rok-qrupa olmayıb. Görəsən, indi Azərbaycanda rok varmı?
Bu sualla biz musiqiçi Orxan Musayevə müraciət etdik. "Siz hiss edirsiniz ki, bizdə rok var? Mən hiss etmirəm. Şəhərdə uzunsaçlı uşaqların əmələ gəlməsi heç nə demək deyil. Şəxsən mən özümü heç vaxt rok musiqiçisi saymamışam. Kim ki, indi rok ifa edir, mən hesab edirəm ki, ucuz kommersiya ilə məşğul olur. Roku ucaltmaq üçün ilk növbədə milliləşdirmək lazımdır. Siz nə vaxtsa türklərin roku ingiliscə oxuduqlarını eşitmisiniz? Çox nadir hallarda belə bir şey olur. Ancaq türk dilində oxuyurlar. Belə rok da məhşurdur. Azərbaycan rokunu azərbaycanca ifa etmək lazımdır" - deyə Orxan qeyd etdi.