...

Aktyor Bəhram Bağırzadə: "Son on ildə birinci dəfədir ki, stadiondan məmnun gedirəm"

Cəmiyyət Materials 19 İyul 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı/ Məlumdur ki, Şən və Hazırcavablar Klubunun "Bakılı oğlanlar" komandasının ən yaxşı aktyorlarından biri Bəhram Bağırzadə güclü futbol azarkeşidir. Bu dəfə o, "Xəzər-Lənkəran" - "Dinamo" (Zaqreb) matçını izləməyə gəlmişdi. Oyundan sonra Bəhram "TrendLife"la öz təəssüratlarını bölüşdü: "Son on ildə birinci dəfədir ki, stadiondan məmnun gedirəm. Lənkəranlılar doğrudan da sübut etdilər ki, biz güclü rəqiblərlə oynamağı bacarırıq. Bunun üçün isə sadəcə yaxşı işləmək lazımdır". Bəhram komandanın baş məşqçisi Ağasəlim Mircavadova da öz dərin minnətdarlığını bildirməyi unutmadı.

Xəbər lenti

Xəbər lenti