...

Azərbaycan basketbolçuları Avro-2007-də qrupda sonuncu yeri tutdular

Cəmiyyət Materials 19 İyul 2007 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın basketbol üzrə yeniyetmələrdən ibarət yığması Kardiffdə keçirilən Avropa çempionatının "C" divizionunda qrup mərhələsinin yekunlarına əsasən sonuncu yeri tutub.

İlk görüşdə meydan sahiblərinə 36:103 hesabı ilə məğlub olan komandamız sonra Andorra kollektivinə də uduzub. Doğrudur, bu oyun nisbətən sabit keçib və komandamız rəqibə müqavimət göstərib. Nəticədə yığmamız otuz beş xal fərqi ilə məğlub olub.

Nəticələrə baxmayaraq, qeyd etmək lazımdır ki, bu, komandanın yüksək səviyyədə göstərdiyi ilk təcrübəsidir. Kardiffə getməzdən öncə yığmamız Trabzonda Qara dəniz Oyunlarında çıxış edib.

Xəbər lenti

Xəbər lenti