...

Keçmiş iqtisadi inkişaf nazirinin məhkəməsi şahid ifadələri ilə davam edib

Cəmiyyət Materials 20 İyul 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndiridən 17 şəxsin məhkəməsi şahid ifadələri davam edib.

Əvvəlcə şahid qismində AzərTac Dövlət Agentliyinin təsərrüfat işləri üzrə müdiri Mirvaqif İbrahimov ifadə verib. Bu şahidin ifadəsi agentliyin balansında olan obyektin Fərhad Əliyevin yaxınları tərəfindən qeyri-qanuni özəlləşdirilməsi epizodu ilə bağlı olub. Şahid bildirib ki, obyektin satılmasında kollektivin razılığının alınması mütləq olub, buna baxmayaraq, obyekt kollektivdən xəbərsiz satılıb. "Bir gün binaya 3-4 nəfər gəldi və bildirdilər ki, artıq bina bizə məxsusdur. Lakin onlar kim olduqlarını bildirmədilər. Qısa müddət ərzində həmin şəxslərin nəzarəti altında təmir işləri başladı", - şahid bildirdi.

Sonra Azpetrol ŞQ hüquq şöbəsinin rəisi Ceyhun Əhmədov və İqtisadi İnkişaf Nazirliyi əmlak departamentinin işçisi Tofiq Şərifov şahid qismində dindirilib. Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti