...

Prokurorluq "Bizim yol" qəzeti əməkdaşının rüşvət alarkən tutulduğunu bildirir

Cəmiyyət Materials 25 İyul 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Respublikası Prokurorluğu

"Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun rüşvət üstündə həbs olunduğunu bildirib.

Hüseynov çərşənbə axşamı günü MTN tərəfindən saxlanılaraq Səbail Rayon Məhkəməsinə aparılıb və məhkəmənin qərarı ilə haqqında üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev çərşənbə günü bildirib ki, jurnalist Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi haqqında rüsvayedici məqalələr dərc etməmək üçün qurumun Aparat rəhbəri Rizvan Əliyevdən rüşvət tələb edib.

O qeyd edib ki, Hüseynov iyulun 24-də saat 15.00 rədələrində Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında əvvəlcədən razılaşdırılmış 3500 ABŞ dolları məbləğində rüşvəti Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin əməkdaşlarından alarkən həbs olunub.

Hüseynov haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 maddəsi (rüşvət alma) ilə cinayət işi açılıb. Qaldırılmış cinayət işinin istintaqını Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizi İdarəsi aparır. Əliyev əməliyyatın hansı struktur tərəfindən aparıldığını və jurnalistin harada saxlanıldığını açıqlamayıb. O qeyd edib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti