Azərbaycan, Bakı, 2 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə/ Azərbaycan cazı mürəkkəb məsələdir. Caz ancaq festival vaxtı canlanır, sonra isə bir il yenidən yatır. Cazın Azərbaycanda tələb olunması üçün nə etmək lazımdır? Məhz bu sualla biz cazmen Akif Süleymanbəyliyə müraciət etdik. O, isə öz növbəsində bu sualı belə cavablandırdı. "İş ondadır ki, təssüf ki, bizdə caz bazarı kənarda qalıb. Cazı ancaq caz mərkəzində, caz klubda ifa etmək olar. Belə yerlər artıq yoxdur. Bu musiqini təbliğ etmək üçün caz haqqında çox danışmaq lazımdır. Həm də sirr deyil ki, cazla həyatda pul qazanmaq o qədər də asan deyil" O, həmçinin caz kollecinin açılması barədə də öz fikrini bildirdi. "Əlbəttəki, bu çox yaxşıdır. Hesab edirəm ki, yaxşı musiqiçi öz sahəsindən başqa həm klassik həm də müasir musiqini öyrənməlidir"