...

Dövlətə xəyanət edən azərbaycanlı əsgərin məhkəməsi başlanıb

Cəmiyyət Materials 6 Avqust 2007 13:24 (UTC +04:00)

Azerbaydjan, Baku, 6 avqusta / Trend müxbir E.Cavadova/ Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə bazar ertəsi dövlətə xəyanətdə təqsirli bilinən Milli Ordunun əsgəri Validdin Xəmətovun məhkəməsinə hazırlıq iclası keçirilib. İclasa hakim İsgəndər Hacıyev sədrlik edir.

1981-ci il təvəllüdlü Xəmətov 2006-cı ildə Qusar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyinin Ağdamdakı N saylı hərbi hissəsində qulluq edib. 2006-cı ilin avqust ayının 28-dən sentyabr ayının 2-dək dəfələrlə postda olduğu vaxtlarda könüllü şəkildə erməni hərbçilərinə tərəf keçib, hərbi hissənin rəhbərliyi, əsgər və zabit heyəti barədə məlumatları düşmənə ötürüb. Xüsusi xidmət orqanlarının səyi nəticəsində əsgərin bu əməlinin üstü açılıb və o, həbsə alınıb.

Hakim məhkəmə prosesini avqustun 20-nə təyin edib.

Xəbər lenti

Xəbər lenti