...

Azərbaycanın otüstü hokkey üzrə yığması yoldaşlıq görüşü üçün rəqib axtarışındadır

Cəmiyyət Materials 7 Avqust 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan yığmasının otüstü hokkey üzrə yığması Mançesterdəki qitə birinciliyi öncəsi yoldaşlıq görüşü üçün rəqib axtarışındadır.

Komandanın baş məşqçisi Tahir Zaman Trend ə bildirdiyinə görə, İngiltərəyə yarışlardan bir həftə öncə yollanacaq yığma meydan sahibləri və Hollandiya millisi ilə yoldaşlıq görüşləri keçirmək istəyirdi, lakin rəqiblərindən yox cavabı alıb. "Hazırda İtaliya və İrlandiya yığmaları ilə danışıqlar aparılır. Bundan sonra konkret nəsə bilinəcək. Əgər yığmalarla oynamaq nəsib olmasa, yerli klublarla görüşmək məcburiyyətində qalacağıq. Başqa çıxış yolu sadəcə yoxdur" - deyə Zaman qeyd edib.

Qeyd edək ki, azərbaycanlı hokkeyçilərin Avro-2007-dəki rəqibləri Almaniya, İspaniya və Ukraynadır.

Xəbər lenti

Xəbər lenti