...

Opera və Balet teatrı mövsümü "Koroğlu" ilə açacaq

Cəmiyyət Materials 7 Avqust 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə/ Sentyabrın 18-i, yəni musiqi günü, Azərbaycanda həmişə geniş şəkildə qeyd olunub. Bu gün konsertlər keçirilir, Üzeyir Hacıbəyovun ev muzeyində müxtəlif tədbirlər təşkil olunur. "TrendLife"ın verdiyi məlumata görə sentyabrın 18-i Azərbaycan dövlət opera və balet teatrı sezonu açacaq. Yəqin ki, ilk tamaşa isə Üzeyir Hacıbəyovun "Koroğlu" operası olacaq. Tamaşanın rejissoru Azərbaycanın əməkdar artisti Hafiz Quliyev, dirijor isə xalq artisti Cavanşir Cəfərovdur. Koroğlu partiyasını ifa etmək Azərbaycanın əməkdar artisti Samir Cəfərova həvalə olunub. Həmçinin tamaşada xalq artisti Şahlar Quliyev, əməkdar artistlər Əli Əsgərov, Əkrəm Poladov, Nigar partiyasını isə operanın gənc müğənnisi Nigar ifa edəcək.

Xəbər lenti

Xəbər lenti