Azərbaycan, Bakı, 8 avqust /müx. "TrendLife" Vüqar Vüqarlı/ Müğənni Vüsal Əliyevlə klipmeyker Aqil M. Quliyevin ilk işləri başa çatar-çatmaz hər iki tərəf yenidən iş birliyinə hazırlaşır. Bu haqda "TrendLife"a müğənni özü xəbər verib. "Aqilin işi mənim çox xoşuma gəldi. Onun peşəkarlığı məni yüz faiz qane edir. İndi Fədayə Laçınla duet oxumağa hazırlaşıram. Aqil isə həmin mahnıya klip çəkəcək" - deyə müğənni qeyd etdi. Onu da qeyd edək ki, klip avqustun sonları, sentyabrın əvvəllərinə hazır olacaq.