...

Yeni tədris ilində Azərbaycanda 57 yeni məktəb istismara veriləcək

Cəmiyyət Materials 9 Avqust 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend S.Ağayeva / Yeni tədris ilində dövlət hesabına 37 min yerlik 57 məktəb binası, 59 məktəbin nəzdində 16 min yerlik yeni korpuslar və 710 yerlik 9 məktəbəqədər təhsil müəssisəsi istismara veriləcək. Cümə axşamı Təhsil Nazirliyindən verilən məlumata görə, yeni tədris ilinə qədər 38 məktəbdə əsaslı təmirin aparılması planlaşdırılır.

Yeni və təmir olunan məktəblərin böyük əksəriyyəti Bakıda yerləşir. Bu ilin sonuna qədər 84 yeni məktəb binası və korpus, həmçinin 3 uşaq bağçası tikiləcək. Qəza vəziyyətində olan 13 məktəbin təmir olunması və 46 yeni binanın tikilməsi planlaşdırılır.

Bu tədris müəssisələri istismara 2008-ci ildə veriləcək.

Xəbər lenti

Xəbər lenti