...

AFFA "MKT-Araz"ın çempionatdan imtinasını müzakirə edir

Cəmiyyət Materials 10 Avqust 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Ölkə çempionatında iştirakdan imtina edən "MKT-Araz"ın məsələsi AFFA-nın toplantısında müzakirə olunur.

Trend in xəbərinə görə, imişlilər müvafiq addımı atdıqdan sonra ölkə birinciliyində 13 komanda qalıb və güman ki, onların sayı dəyişməyəcək. İstisna deyil ki, ötən mövsümdə olduğu kimi, yüksək liqa komandalarından biri artıq istiratət günü alacaq. O vaxt "Kəpəz" maliyyə problemləri ucbatından çempionatda iştirakdan imtina etmişdi.

Qeyd etmək lazımdır ki, "MKT-Araz" ötən mövsümün əsl sürpriz komandası idi. İmişlilər real olaraq qızıl medallara iddialı idilər. Nəticədə klub Azərbaycan kubokunun finalına çıxdı və UEFA Kubokuna vəsiqə qazandı.

Xəbər lenti

Xəbər lenti