...

MOK-un vitse prezidenti: "Bizim 2008-ci il olimpiya oyunlarının təşkilat komitəsinə suallarımız işgüzar xarakter daşıyır"

Cəmiyyət Materials 10 Avqust 2007 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Bizim 2008-ci il olimpiya oyunlarının təşkilatçılarına ünvanlanmış müəyyən suallarımız var və bu suallar işgüzar xarakter daşıyır" - deyə Pekində 2008-ci il olimpiya oyunlarının təşkilat komitəsi ilə görüş keçirən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse przidenti Çingiz Hüseynzadə Trend ə məlumat verib.

Hüseynzadə qeyd edib ki, akkreditasiya və nümayəndəliyin yaşama yerləri ilə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək. "Məlumdur ki, idmançılar olimpiya kəndində qalacaqlar, lakin nümayəndə heyəti mehmanxanada yerləşəcək. Hər bir komanda üçün rəsmi şəxslərin kvotasını müəyyən etmək lazım gələcək. Bu, bu və ya digər ölkənin Pekindəki nümayəndə heyətinin ümumi sayından asılı olacaq" - deyə Hüseynzadə bildirib.

O qeyd edib ki, bir sıra komandalar gəmilərin, baydarka, kanoye və at çapma idman yarışı üçün atların gətirilməsi kimi spesifik mövzulara toxunacaqlar.

Xəbər lenti

Xəbər lenti