...

QİÇS xəstəsi Elnarə Əhmədova ilə intim əlaqədə olan şəxslərdə virus aşkarlanmayıb

Cəmiyyət Materials 10 Avqust 2007 17:10 (UTC +04:00)
QİÇS xəstəsi Elnarə Əhmədova ilə intim əlaqədə olan şəxslərdə virus aşkarlanmayıb

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ QİÇS xəstəsi 17 yaşlı Elnarə Əhmədova ilə intim əlaqədə olan şəxslərdə virus aşkarlanmayıb. Nəsimi rayon prokuroru Aqşin Ziyadov cümə günü Trend ə bildirib ki, Əhmədova ilə əlaqədə olmuş 20-yə yaxın şəxs ekspertizadan keçirilib və onların heç birində QİÇS virusu aşkarlanmayıb. Prokuror hazırda bu faktla bağlı açılmış cinayət işi üzrə istintaqın, Əhmədova ilə yaxın əlaqədə olan şəxslərin dairəsinin müəyyənləşdirilməsinin davam etdiyini deyib. Ziyadov bildirib ki, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Əhmədovanın səhhəti ilə bağlı ciddi problem yoxdur və o həkim nəzarətindədir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Əhmədova barəsində Cinayət Məcəlləsinin 140.1-ci (insanı immunçatışmazlığı virusu ilə yoluxdurma) maddəsi ilə cinayət işi başlanıb və barəsində rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

1989-cu il təvəllüdlü Əhmədova 2003-cü il avqustun 18-də Ramana Qapalı Tipli Dəri Zöhrəvi Xəstəxanasına daxil olub. Müayinə üçün onun qanı Respublika QİCS-lə Mübarizə Mərkəzinə göndərilib və Elnarədə QİÇS virusu aşkarlanıb. Bundan sonra xəstə qeydiyyata götürülüb.

Həmin il avqustun 28-də mərkəzin həkimi Ramanaya gələrək epidemioloji araşdırma aparıb və xəstəyə xəbərdarlıq edib. Son 2 ildə Elnarə haqda heç bir məlumat olmayıb. Aparılan axtarışlar nəticə verməyib. Bu il iyulun 8-də "Ümid yeri" uşaq evindən xəstənin orada olması haqda məlumat QİCS mərkəzinə daxil olub.

Əhmədova müştərilərlə birlikdə Suraxanı, Xırdalan, həmçinin Masazır və Əhmədlidəki saunalara gedib. Onun müştərilərinin əksəriyyəti 20-25 yaşlı gənclər olub. Əhmədova normal həyata qayıtmaq üçün "Uşaq evlərinə qayğı" ictimai birliyinə ərizə ilə müraciət edib. Elnarənin dediyinə görə, o, 2003-cü ildən AİDS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır.

Xəbər lenti

Xəbər lenti