...

Sumqayıtda yeni Nizami meydanı salınmışdır

Cəmiyyət Materials 10 Avqust 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə/

Sumqayıtda son illər ərzində şəhərin abadlaşdırılması istiqamətində aparılan işlərin davamı olaraq şəhərin mərkəzi hissəsində növbəti meydan salınmışdır. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyacaq meydan Nizami küçəsinin başlanğıcında, əvvəllər antisanitar şəraitin hökm sürdüyü bir ərazidə yaradılmışdır.

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin "TrendLife"a verdiyi məlumata görə, Nizami meydanının inşası cari ilin əvvəlində başlanmışdır. Meydanın uzunluğu 188 metr, ümumi sahəsi 6300 kv. metrdir.

Xatırladaq ki, əvvəllər burada əsasən qanunsuz küçə ticarəti baş almış, antisanitar vəziyyət hökm sürmüşdür. Hazırda isə meydanda dekorativ ağaclar, yeni oturacaqlar, tullantı konteynerləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Meydanın mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. 3,9 metr hündürlüyə malik tunc heykəlin müəllifi tanınmış heykəltəraş İsa Məmmədxanovdur.

Xəbər lenti

Xəbər lenti