...

Azərbaycan Ombudsmanı: "1 saylı cəzaçəkmə müəssisəsindəki insident şəxsi münaqişə zəminində baş verib"

Cəmiyyət Materials 14 Avqust 2007 11:49 (UTC +04:00)
Azərbaycan Ombudsmanı: "1 saylı cəzaçəkmə müəssisəsindəki insident şəxsi münaqişə zəminində baş verib"

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Bakının 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında ölümlə nəticələnən insident şəxsi münaqişə zəminində baş verib. Belə bir rəyə Azərbaycanın insan haqları üzrə müvvəkili Elmira Süleymanova sözügedən cəzaçkmə müəssisəsinə baş çəkdikdən sonra gəlib. Bu barədə Ombudsman Aparatından məlumat veriblər. Qeyd edək ki, insident dünən baş verib.

Apardığı araşdırma zamanı Ombudsman belə nəticəyə gəlib ki, münaqişə iştirakçıları olan Qalib Hənifəyevlə Habil Tağıyev arasındakı mübahisədən sonra sonuncu Hənifəyevə iti əşya ilə ölümcül zərbələr endirib. Aldığı yaralar nəticəsində Hənifəyev penitensiar xidmətin müalicə müəssisəsində dünyasını dəyişib. İnsidentin günahkarı isə karserə yerləşdirilib. Qeyd edək ki, hər iki məhbus dəfələrlə məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti