Azərbaycan, Bakı / Trend , müx. Z.Səfərov/ "Xəzər" futbol klubunun baş məşqçisi Ağasəlim Mircavadov komandaya baxışa gələn braziliyalı yarımmüdafiəçi Selso Ferreyra ilə bağlı hələlik qəti qərar verməyib.
Çalışdırıcının Trend ə verdiyi məlumata görə, o, "Karvan"la oyun öncəsi komandanın düşərgəsinə gələn Ferreyranın imkanlarını hələ qiymətləndirmək imkanı əldə etməyib. "Hazırda komanda məşqlərini bərpa edib. Məşqlərə Ferreyra da qoşulub. Odur ki, bir neçə gün ərzində onun potensialını və kluba verə biləcəyi xeyri dəyərləndirə biləcəm" - deyə Mircavadov vurğulayıb.
Bu günlərdə "Xəzər" Azərbaycan yığmasının müdafiəçisi Zaur Həşimovla müqavilə bağlayıb. Zaur "MKT-Araz"ın heyətində UEFA Kubokunun matçlarında çıxış edib.