...

Kürdə boğulan Ağstafa sakinlərinin meyitləri tapılıb

Cəmiyyət Materials 16 Avqust 2007 16:39 (UTC +04:00)

Azərbaycan,Qazax/ Trend , müxbir N. Fətullayeva/ Ağstafa rayonunda Kür çayında boğulan iki nəfər rayon sakinin meyiti cümə axşamı saat 13.00 radələrində tapılıb. Ağstafa rayon polis şöbəsinin rəisi Rasim Əliyev Trend in bölgə müxbirinə bildirib ki, rayonun Dağ Kəsəmən kənd sakinləri Ceyhun Yaqubov (1985) və İlkin Məmmədovun (1995) meyitləri batdıqları ərazidən 15-20 metr aralıda tapılıb. Uşaqlar avqustun 15-də saat 17 radələrində rayonun Qıraq Kəsəmən kəndində Kür çayında çimərkən burulğana düşüblər.

Xəbər lenti

Xəbər lenti