...

Azərbaycanlı taekvondoçular sparrinq-tərəfdaşlar axtarışındadır

Cəmiyyət Materials 17 Avqust 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov/ Azərbaycanın taekvondo üzrə yığması sentyabrda Mançesterdə keçiriləcək lisenziyalı turnirə hazırlıq planına bir sıra dəyişikliklər edəcək.

Komandanın baş məşqçisi Ələkbər İmaməliyevin bildirdiyinə görə, yarış öncəsi yığma təlim-məşq toplanışına yollanacaq. Təlimlərin keçiriləcəyi yer bu gün bəlli olacaq. Taekvondoçularımız bu yaxınlarda Koreyada keçirilən məşqlərdə istədiklərinə çata bilməyiblər, belə ki, yerli idmançılarla yoxlama döyüşlər keçirə bilməyiblər. "Biz Koreyaya yoxlama döyüşlər keçirmək üçün getmişdik. Lakin Koreya yığmasının öz planları var idi. Ona görə də komanda tam şəkildə yüklənə bilmədi və indi xaricdə daha bir təlim-məşq toplanışı keçirməyə ehtiyac var" - deyə çalışdırıcı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti