...

Müğənni Sabir Əhməd hamını aldatdı və toyda gəlini itirdi

Cəmiyyət Materials 20 Avqust 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir V. İmanov/ Azərbaycan KİV-də gedən söhbətlərə görə gənc müğənni Sabir Əhməd rusiyalı müğənni Jasminin bacısı ilə evlənəcəyi deyilirdi. Bu da, sözsüz ki, ona olan marağı artırırdı. Ora toplaşan müxbirlər və jurnalistlər zala Jasminin bacısının girəcəyini gözləyirdi. Lakin bu sadəcə Sabirin növbəti reklam aksiyası idi. Gəlin hamısı barədə ardıcıllıqla danışaq...

Telekompaniyaların kameraları "Avropa" otelinin həyətinə tuşlansa da bəy ilə gəlin nədənsə 20-25 dəqiqə gecikirdi. Nəhayət müəyyən vaxtan sonra gəlin və bəy peyda oldu. Lakin gəlin Jasminsiz idi. Bəli, gəlin əsl azərbaycanlı qızına bənzəyirdi. Sonradan aydın oldu ki, gəlin heç də Jasminin bacısı deyilmiş. Amma o, özü də müğənnidir. Moskva Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alır. Bu haqda "TrendLife"a müğənni özü xəbər verib. Onun dediklərinə görə: "Aynurə ilə mən Moskvada keçən tədbirlərin birində tanış olmuşam. Demək olar ki, bu məhəbbət ilk baxışdan idi. Mənim indi 23 onun isə 20 yaşı var. Lakin heç də evlənməyə tələsmiş özümü hesab etmirəm. Aynurədə ən çox məni özünə çəkən başa düşməsi və dəstəkləməsi idi. Bu isə musiqiçi üçün ən vacib amillərdən biridir. Düşünürəm ki, o elə həmin insandır ki, məni sevəcək və hörmət bəsləyəcək".

-Bəs Jasminin bacısı ilə evlilik?

-Bu barədə çox şey danışmaq olar. Mən Jasmini həm sevir həm də hörmət edirəm. Nə isə belə alındı.... Yerigəlmişkən Aynurə də təzə başlayan müğənnilərdəndir. Rusiyada çıxış edir. Onun gözəl gələcəyi var. Vaxt gələcək o da məhşur müğənni olacaq. Bal ayından sonra bizi hər ikimizin ifasında duet layihəsi gözləyir. Və həmin layihəyə klip çəkiləcək.

Sonrada biz Aynurəyə yaxınlaşıb bu sualı verdik: "Bir kişi kimi Sabir sizin diqqətinizi necə çəkdi?" Cavab isə çox qısa oldu: "Nə bilim. Kişi diqqəti necə çəkə bilər? Belə alındı vəssalam..."

Bəli, doğrudanda ilk baxışdan məhəbbətdir. Pilləkənləri ayrı ayrı qalxırdılar, oynayanda ayrı yerlərdə oynayırdılar. Hətta gəlin 40 dəqiqəlik harasa yoxa çıxdı. Sabir isə özünü sındırmayaraq: "Gəlini saxlaya bilmədim. Müsəlman adətlərinə görə mənim beş arvadım olacaq. (müəllif: dörddən aprtıq icazə verilmir, ay Sabir!) Sabirin yanı boş olan müddətdə qızlar onu heç də tək buraxmırdılar. Hərəsi bir az bir az gəlib onun yannıda otururdu. Bütünlükdə isə toy heç də pis keçmədi. Toyda Nadir Qafarzadə, İradə İbrahimova, Ayaz Qasımov, Kərim, Zamiq, Samirə, Səidə, Sultan da iştirak edirdilər.

Xəbər lenti

Xəbər lenti