Azərbaycan, Lənkəran/ Trend , müxbir P.Əliyeva/ Astara rayonunun ümumtəhsil məktəblərində müxtəlif fənlər üzrə 79 müəllimə ehtiyac var. Bu barədə çərşənbə günü rayonun təhsil şöbəsinin müdiri Qızbəz Məmmədova məlumat verib.
Azərbaycanın regionlarında, ucqar kəndlərdə orta məktəblərdə müəllim çatışmazlığı mövcuddur.
Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün xüsusi proqram həyata keçirir. Ucqar kəndlərdə çalışan müəllimlər əlavə əmək haqqı, evlə təmin edilir.
Məmmədov bildirib ki, rayon məktəblərində 11 fənn və ibtidai siniflər üzrə müəllim çatışmazlığı var. Ötən il bu rəqəm 101 nəfər olub. Məktəblərdə ən çox Azərbaycan dili və ədəbiyyatı (14), kimya (12), biologiya (10), fizika (9) müəllimləri çatışmır.
Yanvarda Təhsil Nazirliyinə Astara rayonu üzrə pedaqoji kadrlara olan ehtiyac barədə sifariş göndərilib.
Astara paytaxt Bakıdan 300 kilometr cənubda yerləşir.