...

"Neftçi"nin forvardları Azərbaycanın Tacikistana qarşı oyununda start heyətdə yer alacaqlar

Cəmiyyət Materials 22 Avqust 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "Neftçi"nin hücum tandemi Samir Əliyev - Branimir Subaşiç bu gün Düşənbədə keçiriləcək Tacikistan-Azərbaycan yoldaşlıq görüşündə meydana çıxacaq.

AFFA-dan verilən məlumata görə, komandanın çalışdırıcısı məhz bu oyunçuların xidmətindən yararlanmaq qərarına gəlib. Bu seçimdə onların milli birincilikdəki məhsuldar oyunu xüsusi rol oynayıb. İki turda Subaşiç rəqib qapısından üç qol vurub.

Tacikistana qarşı oyunda qapıların qorunması Fərhad Vəliyevə həvalə olunub. Müdafiədə Samir Abbasov, Ramin Quliyev, Aslan Quliyev və Aleksandr Çertoqanov, yarımmüdafiədə isə Ramazan Abbasov, Emin İmaməliyev, Emin Quliyev və Ceyhun Sultanov yer alacaq.

Bu qarşılaşma Azərbaycan yığması üçün Avro-2008-in seçmə mərhələsinin oyunlarına hazırlıq olacaq.

Xəbər lenti

Xəbər lenti