...

Azərbaycanlı pianoçu Murad Adıgözəlzadə Belçikada çıxış edəcək

Cəmiyyət Materials 25 Avqust 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Tanınmış pianoçu Murad Adıgözəlzadənin payız ayları yaradıcılıq baxımından olduqca məzmunlu olacaq. Demək olar ki, onu dünyanın bütün ölkələrinə qastrol səfərləri gözləyir. "TrendLife"ın verdiyi məlumata görə, oktyabrın 6-da o, Belçikada konsert proqramı ilə çıxış edəcək. Pianoçu Brüsselin yaxınlığında keçirilən klassik musiqi festivalında iştirak edəcək. O, orada Bethovenin 3 sonatasını ifa edəcək.

Xəbər lenti

Xəbər lenti