...

Olimpiya çempionu Zemfira Meftahətdinova dünya birinciliyinə hazırlaşır

Cəmiyyət Materials 25 Avqust 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Stend atıcılığı üzrə Sidney Olimpiadasının çempionu Zemfira Meftahətdinova avqustun 29-da Nikosiyada start götürəcək dünya çempionatına hazırlaşır.

Trend in xəbərəinə görə, Zemfira üçün Kiprdəki yarış Pekinə vəsiqə qazanmaq üçün son şans olacaq. Bunun üçün burada birinci yer tutmalıdır. Çünki Nikosiyada cəmi bir vəsiqə oynanılacaq. Zemfiranın bir çox potensial rəqibləri öncəki yarışlarda minimum-vəzifəni yerinə yetiriblər. Bu səbəbdən də idmançımıza bir qədər asan olacaq.

Qeyd edək ki, Zemfira ikinci dəfə ana olduğu üçün mövsümə hazırlığı buraxmalı olub.

Xəbər lenti

Xəbər lenti